Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Manset.az Report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Qəhrəmanov Əli Vidadi oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır