EN

Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb

Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə noyabrın 23-dən 24-ə keçən gecə Şəki şəhəri M. Hüseynzadə küşəsi ev 40 ünvanında baş verib.

2003-cü il təvəllüdlü Süleyman Rəcəb oğlu Mustafayev huşsuz vəziyyətdə evin vanna otağında ailə üzvüləri tərəfindən aşkarlanıb.

Hadisə yerinə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası cəlb olunub.

İlkin müayinə və baxış zamanı 21 yaşlı S. Mustafayevin dəm qazından boğularaq həyatını dəyişdiyi məlum olub.

S. Mustafayevin ölümünün səbəbinə dəqiqləşdirmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Chosen
9
31
sherg.az

10Sources