EN

Erməni məmur iş otağında ölü tapıldı

Ermənistan Polisinin Dövlət Təhlükəsizliyi Baş İdarəsinin hərbiləşdirilmiş dəstəsinin rəisi Andrey Veranyanın meyiti iş otağında tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 14-də baş versə də, indi məlum olub.

Bildirilib ki, 67 yaşlı Veranyanın meyitinə baxış keçirilib və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırmaya başlayıb.

Chosen
24
1
axar.az

2Sources