EN

"Qarabağ"ın Avropa Liqasındakı matçlarını izləyirəm, rəqiblərlə bərabər səviyyədə oynayırlar"

Moskvanın ÇSKA klubunun kapitanı və Rusiya milli komandasının sabiq qapıçısı İqor Akinfeyev “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin oyunları ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan təcrübəli qolkiper Ağdam klubunun rəqiblərinə qarşı layiqli oynadığını dilə gətirib:

"Avropa futboluna baxıram. Xüsusən də, avrokuboklara. ÇSKA-nın qapıçılar üzrə məşqçisi Dmitri Sergeyeviç Kramarenko “Qarabağ”a azarkeşlik edir. Ona görə də hərdən onların Avropa Liqasındakı oyunlarına baxmalı oluram. Bu mövsüm “Qarabağ” Avropa Liqasında bütün rəqiblərlə bərabər səviyyədə oyun oynayırlar. Doğrudur, məğlubiyyətləri var. Bu isə səviyyə ilə bağlı sualdır".

saytlarin hazirlanmasi

Chosen
29
sportal.az

1Sources