EN

Cənubi Koreya “Ukraynadan taxıl” təşəbbüsünü dəstəkləmək üçün 6 milyon dollar ayıracaq

Cənubi Koreya Ümumdünya Ərzaq Proqramının Ukrayna taxılını aclıq və quraqlıqdan həssas ölkələrə çatdıran “Ukraynadan taxıl” təşəbbüsünü dəstəkləmək üçün 6 milyon dollarlıq humanitar yardım vəd edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bildirilib ki, xarici işlər nazirinin ikinci müavini Kanq İn-Sun bazar günü, noyabrın 24-də Ukraynadan taxıl təşəbbüsünün iclasında ölkənin vəsait ayırmaq planlarını açıqlayıb.

Görüş zamanı Kanq Cənubi Koreyanın qlobal ərzaq böhranı ilə bağlı qlobal əməkdaşlığı gücləndirməyə hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, 2022-ci ildə başlanan "Ukraynadan taxıl" proqramı Afrika, Asiya və Yaxın Şərqdə şiddətli aclıq və qıtlıq riski ilə üzləşmiş ölkələrə kritik ərzaq yardımı göstərmək məqsədi daşıyır.

BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə əməkdaşlıq çərçivəsində 30-dan çox ölkə və beynəlxalq təşkilatlar bu təşəbbüsə ü qoşulub. 2023-cü ilin sonuna kimi, 170.000 tondan çox Ukrayna taxılı Efiopiya, Somali, Keniya və Yəmən də daxil olmaqla, kəskin ərzaq çatışmazlığı yaşayan ölkələrə çatdırılıb.

Noyabrın 23-də Ukrayna prezidenti Volodimir Zelenski elan edib ki, təşəbbüs başladığı gündən 20 milyon insanı aclıqdan xilas edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
19
ikisahil.az

1Sources