EN

Pakistanda məzhəblərarası toqquşmalarda ölənlərin sayı 50 nəfəri ötüb

Pakistanın Kurram bölgəsində sünni və şiə qruplaşmalar arasında məzhəblərarası toqquşmalar davam edir.

"EDnews"-un Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, ötən gecə toqquşmalarda daha 18 nəfər öldürülüb, 30 nəfər isə yaralanıb.

Qeyd edək ki, noyabrın 21-də bölgədə naməlum şəxslər sərnişin avtobusu və minik avtomobillərini atəşə tutub. Ümumilikdə, indiyə qədər əyalətdə toqquşmalar nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

Chosen
18
12
ednews.net

10Sources