Demokrat.az xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Bakıda COP29-un yekunları ilə bağlı yayımladığı yazılı bəyanatda bildirib.
O qeyd edib ki, BMT iqlim dəyişikliyi ilə mübarizədə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha şəffaf və inklüziv maliyyələşməyə nail olmalıdır.
"İqlim böhranı dövrü gəlib. COP29 zamanı razılaşma əldə olunub. Tədbirlər görülməsə, iqlim dəyişikliyi daha da güclənəcək. COP29-da üzərində quracağımız təməl qoyulub. BMT-nin Ətraf Mühit Proqramı bütün maraqlı tərəflərlə işləməyə davam edəcək ki, maliyyələşmənin ən səmərəli şəkildə, yerlərdə ona ən çox ehtiyacı olan icmalar üçün maksimum bölüşdürülməsini təmin etsin", - İ.Andersen vurğulayıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) "Bakı maliyyələşmə məqsədləri" (Baku Finance Goal) adlı yeni iqlim maliyyə meyarının yaradılması ilə bağlı konsensus əldə edilib.
10Sources
-
tribunainfo.azUNEP rəhbəri: COP29-da quracağımız gələcəyin təməli qoyulub ( 13331401)
-
moderator.azUNEP rəhbəri: "Bakıda baş tutmuş COP29-da quracağımız gələcəyin təməli qoyulub" ( 13330417)
-
demokrat.az"Bakıda baş tutmuş COP29-da quracağımız gələcəyin təməli qoyulub" — UNEP rəhbəri ( 13329697)
-
hakimiyyet.azUNEP rəhbəri: "Bakıda baş tutmuş COP29-da quracağımız gələcəyin təməli qoyulub" ( 13329562)
-
seher.mediaUNEP rəhbəri: "Bakıda baş tutmuş COP29-da quracağımız gələcəyin təməli qoyulub" ( 13329535)
-
operativmedia.azUNEP rəhbəri: Bakıda COP29-da quracağımız gələcəyin təməli qoyulub ( 13329418)
-
seherxeber.orgUNEP rəhbəri: COP29-da quracağımız gələcəyin təməli qoyulub ( 13329406)
-
turkustan.azBakıda COP29-da bizim quracağımız təməl qoyuldu - BMT rəsmisi ( 13329298)
-
ikisahil.azUNEP rəhbəri: Bakıda COP29-da quracağımız gələcəyin təməli qoyulub ( 13329280)
-
modern.azCOP29-da quracağımız gələcəyin təməli qoyulub - UNEP rəhbəri ( 13329241)