EN

Rumıniyada prezident seçkiləri keçirilir

Bu gün Rumıniyada prezident seçkiləri keçirilir.

Paralel.az xəbər verir ki, bu barədə Rumıniyanın milli xəbər agentliyi olan “Agerpres” məlumat yayıb.

Bildirilib ki, ölkədə yerli vaxtla saat 07:00-da təxminən 19 min seçki məntəqəsi fəaliyyətə başlayıb. Xaricdə yaşayan ölkə vətəndaşları isə noyabrın 22-dən başlayaraq ardıcıl üç gündür ki, onlar üçün açılan seçki məntəqələrində səs verirlər.

Dövlət başçısı postu uğrunda 14 namizəd mübarizə aparır.

Səsvermənin ikinci turunun dekabrın 8-də keçiriləcəyi gözlənilir.

Chosen
17
46
paralel.az

10Sources