EN

Fransa səfirliyinin əməkdaşı Ermənistanda qəzaya düşdü - Foto

Noyabrın 24-də Araqatsotn vilayətində (Ermənistanın qərbində yerləşir – red.) avtomobil qəzası baş verib. Səhər saat 10:50 radələrində İrəvan-Vanadzor avtomobil yolunun Hartavan kəndinin inzibati ərazisində “Volksvagen Tiquan”, “Leksus” və “Qazel” markalı yük avtomobilləri toqquşub.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, qəza nəticəsində 1 nəfər xəsarət alıb və “Aparan” tibb məntəqəsinə yerləşdirilib.

Bildirilib ki, “Volksvagen Tiquan” Fransanın Ermənistandakı səfirliyinin balansında qeydiyyatdadır və xəstəxanaya yerləşdirilən də səfirliyin əməkdaşıdır.

Chosen
5
6
axar.az

10Sources