Böyük Britaniyanın həftəlik "The Sunday Times" qəzetinin məlumatına görə, Ukrayna qarşıdakı qışda enerji infrastrukturunun 80 faizinin məhv edilməsi və ya zərər görməsi səbəbindən "ölümcül soyuqlar"la üzləşə bilər.
Valyuta.Az xəbər verir ki, qəzetdə həmçinin bildirilir ki, Ukrayna hakimiyyəti elektrik enerjisi obyektlərinin möhkəmləndirilməsi üçün kifayət qədər maliyyə vəsaiti ayırmayıb və qərb ekspertlərinin tövsiyələrini nəzərə almayıb. Bu vəziyyət ölkədə enerji təhlükəsizliyinin daha da pisləşməsinə gətirib çıxarıb. Nəşr həmçinin Ukraynadakı korrupsiyanı problemlərdən biri kimi vurğulayır.
Ukrayna hakimiyyəti 9 GVt generasiya gücünü itirdiyini etiraf edir ki, bu da ölkənin ümumi enerji potensialının təxminən 50 faizini təşkil edir. Ukraynanın baş naziri Denis Şmıqal (Denys Shmyhal) açıqlayıb ki, istilik elektrik generasiyasının 90 faizi və hidroelektrik generasiyasının üçdə biri ciddi şəkildə zədələnib.
Yayın ilk aylarında elektrik enerjisi ilə bağlı qrafikləşdirilmiş işıq kəsintiləri tətbiq olunub və elektrik idxalı texniki imkanların maksimum həddinə çatdırılıb. Sonradan Ukrayna bəzi generasiya obyektlərini bərpa etdiyini, təmir işlərini tamamladığını və elektrik idxalının əhəmiyyətli dərəcədə azaldıldığını elan edib.
Rəhim