EN

Premyer Liqa klubundan ayrılan adam “mətbəx”dəkiləri gizli saxladı

“Kəpəz”lə oyundan sonra komandadan ayrılmışam.

Hər şey yaxşıdır, hazırda istirahət edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”dan ayrılan qapıçılar üzrə məşqçi Vitali Kovalyov deyib.

47 yaşlı mütəxəssis əsas komandada ən çox çalışan məşqçi statusuna sahib idi. 2018-ci ildən bu yana bir sıra baş məşqçilərlə işləyən mütəxəssisin qəfil ayrılığı sual doğurmaya bilməz.

Deyilənə görə, baş məşqçi Krunoslav Renduliç Yusif İmanovla Nicat Mehbalıyevin hazırkı durumundan razı qalmadığı üçün rəhbərlikdən Kovalyovla yolların ayrılmasını istəyib.

Səbəbkar gedişinin səbəbini mətbuata açıqlamaq istəməsə də, uzun illər çalışdığı kluba uğurlar arzulayıb:

“Qarşılıqlı razılıq əsasında birinci komandadan ayrıldım. Səbəbini mətbuata açıqlamaq istəmirəm. Çünki klubdaxili məsələdir, “mətbəx”də qalsa yaxşıdır.

6 ildir ki, böyük bir komandanın bir parçası olduğum üçün “Sabah”a minnətdaram. Hesab edirəm ki, bu illər ərzində biz çox iş görmüşük və müəyyən nəticələr əldə etmişik.

Kluba uğurlar arzulayıram və əminəm ki, “Sabah”ı daxili yarışlarda və beynəlxalq arenalarda çoxlu qələbələr gözləyir”.

Vitali Kovalyov futbolçu karyerası ərzində “İnşaatçı” (Bakı), “ANS Pivani”, “Neftçi”, “Şəfa”, “Ümid”, “Qarabağ”, “MKT Araz”, “Standart”, “Karvan” kimi komandaların şərəfini qoruyub, İranda (Traktorsazi) və Türkiyədə (Kartalspor) legioner həyatı yaşayıb.

Məşqçilik karyerasında məhz “Sabah”dakı fəaliyyəti ilə tanınıb.

HƏBİB

Chosen
33
sportinfo.az

1Sources