EN

COP29 uğuru- Bakının strateji rolu, 300 milyardlıq maliyyə hədəfi - FOTO

COP29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Konfransı) dünyanın diqqət mərkəzində olan və qlobal ekoloji gələcək üçün həlledici məqamların müzakirə olunduğu tarixi tədbir kimi yadda qaldı. Lakin bu zirvə toplantısının əsas diqqət çəkən tərəfi təkcə qəbul edilmiş qərarlar deyil, həm də Qərb ölkələrinin, xüsusilə ABŞ və Avropa İttifaqının (Aİ), məsuliyyətdən yayınmaq üçün atdığı addımlar və bu prosesdə Azərbaycanın strateji rolu oldu.

ABŞ və Aİ-nin məsələni siyasiləşdirmək cəhdləri

Ekspertlər, tərəfsiz təhlilçilər hesab edirlər ki, Azərbaycan bu tədbiri olduqca yüksək səviyyədə keçirdi.  Baxmayaraq ki, bəzi qüvvələr öz iyrənc əməllərindən geri qalmadılar.

COP29 ərəfəsində ABŞ və Avropa İttifaqının məsuliyyəti öz üzərindən atmaq üçün iqlim məsələlərini siyasiləşdirmək cəhdləri müşahidə olundu. C.Bayden Administrasiyası və Aİ rəhbərliyi iqlim məsələləri üzrə konkret maliyyə hədəflərinin müəyyən edilməməsi üçün süni maneələr yaratmağa çalışdı.

Bayden administrasiyası, xüsusilə, daxili və xarici siyasətdə öz varisini – yeni seçilmiş prezident Donald Trampı çətin vəziyyətdə qoyacaq bir mühit yaratmağı hədəfləmişdi.

Avropa İttifaqının bu məsələdəki rolu isə daha da açıq şəkildə nəzərə çarpır.

 Aİ-nin əsas söz sahiblərindən biri olan Ursula fon der Lyayen Bayden administrasiyası ilə razılaşmış şəkildə Avropa İttifaqının iqlim dəyişikliyi ilə mübarizə məqsədlərinə minimum maliyyə ayırmağa üstünlük verdi. Bunun nəticəsində Ursula fon der Lyayen COP29-a qatılmadı və Avropa İttifaqının mövqeyini zəiflətdi.

Annalena

Almaniyanın xarici işlər nazirinin mövqeyi: İqlimdən insan haqlarına

COP29-da Aİ-ni təmsil edən Almaniyanın xarici işlər naziri Annalena Berbokun davranışı isə toplantıdakı gərginliyi daha da artırdı. Konfransın əsas mövzusu olan iqlim dəyişikliyi məsələlərinə diqqət yetirmək əvəzinə, Berbok Azərbaycandakı insan hüquqları ilə bağlı mətbuat konfransları keçirdi və Qərbin Azərbaycandakı müxalif şəbəkələri ilə görüşlərə üstünlük verdi. Bu yanaşma konfransın mahiyyətindən uzaqlaşmağa səbəb oldu və iştirakçı dövlətlər arasında gərginlik yaratdı. Bütün bunlar göstərdi ki, Qərb üçün dəyərlər anlayışı yoxdur. Onlar yenə də “insan hüquqları” mövzusunu qabardaraq öz gəlirlərinin, qrantlarının, maraqlarının arxasınca gedirlər.

54157319346_b98a7fabda_k.jpg

Bakının strateji rolu və tarixi razılaşma

Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və bu tədbirin yüksək səviyyədə təşkil olunması müzakirələrin konstruktiv şəkildə davam etdirilməsinə şərait yaratdı.

Beynəlxalq ictimaiyyətin təzyiqi qarşısında həm ABŞ, həm də Aİ güzəştə getməyə məcbur oldu. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr də kompromisə gedərək qlobal maliyyə hədəfinin razılaşdırılmasına töhfə verdilər.

Bu müzakirələrin nəticəsi olaraq, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə üçün 300 milyard dollarlıq maliyyə hədəfi müəyyən edildi. Bu rəqəm, həqiqətən də, tarixi nailiyyət kimi qiymətləndirilir və gələcək illərdə iqlim dəyişikliyi ilə mübarizəyə daha böyük töhfələr vermək üçün zəmin yaratdı.


Azərbaycanın uğuru və COP29-un tarixi əhəmiyyəti

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin beynəlxalq arenadakı nüfuzunu daha da artırdı. Tədbir yalnız yüksək səviyyəli təşkilatçılıqla deyil, həm də əldə olunan nəticələrlə yadda qaldı. Azərbaycan öz strateji mövqeyi ilə iqlim dəyişikliyi mövzusunda qlobal səviyyədə kompromisə nail olunmasına şərait yaratdı.

54157605091_54e4e1173b_k.jpg

COP29 həm Azərbaycan, həm də qlobal ictimaiyyət üçün tarixi bir hadisə oldu. Bakıdan başlayan bu tarixi razılaşma, yalnız bu gün üçün deyil, gələcək üçün də iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər açdı. Bu tədbir, Azərbaycanın beynəlxalq siyasətdə oynadığı vacib rolu bir daha təsdiq etdi və qlobal ekoloji problemlərin həllinə mühüm töhfə verdi.

Bakıdakı COP29 konfransı, maliyyə hədəflərinin müəyyən olunması və Qərbin maneələrinə baxmayaraq konsensusun əldə edilməsi ilə iqlim dəyişikliyi ilə mübarizə tarixində əlamətdar bir məqam oldu. Azərbaycan bu tədbirdə həm ev sahibi, həm də qlobal lider rolunda çıxış edərək beynəlxalq ictimaiyyətə bir daha sübut etdi ki, iradə və düzgün strategiya ilə hər bir çətinlik aradan qaldırıla bilər. COP29-un əldə etdiyi nailiyyətlər isə hələ uzun illər xatırlanacaq.

 

Əli Rais,
Musavat.com

Chosen
11
2
ekologiya.az

3Sources