EN

Nizami Səfərov beynəlxalq konfransda çıxış edib

Noyabrın 21-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının payız sessiyası çərçivəsində keçirilən “30 illik beynəlxalq seçki müşahidəsi: təcrübə və praktiki nəticələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

 XALQ.AZ xəbər verir ki, iştirakçılar arasında MDB Parlamentlərarası Assambleyasına üzv dövlətlərin parlamentlərinin deputatları, beynəlxalq təşkilatların, dövlət orqanlarının nümayəndələri, alimlər və ekspertlər olub.

Konfransda Milli Məclisin deputatı, MDB PA-nın Sosial məsələlər və insan hüquqları komissiyasının sədri Nizami Səfərov iştirak edib. O, çıxışında Azərbaycanda keçirilmiş Prezident və parlament seçkiləri barədə ətraflı məlumat verib, bu mühüm siyasi-hüquqi proseslərin ilk dəfə olaraq dövlətin ərazi bütövlüyü və suverenliyi bərpa olunduqdan sonra Azərbaycanın bütün ərazisini əhatə etdiyini xüsusilə vurğulayıb.

Azərbaycanda universal seçki standartlarına tam uyğun şəkildə keçirilən seçkilərdə informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunması diqqətə çatdırılıb. Xüsusilə qeyd olunub ki, 125 seçki dairəsindən 119 dairə üzrə seçki məntəqələrində veb-kameralar quraşdırılıb ki, bu da həyata keçirilən prosedurların şəffaflığının sübutudur. Çıxışda bəzi beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) tərəfindən seçkilərin monitorinqi prosesində selektiv yanaşmalar və ikili standartların olması diqqətə çatdırılıb. Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqində MDB PA DİMBİ-nin Bakı filialının mühüm rolu qeyd edilib.

Chosen
10
4
xalq.az

5Sources