EN

“Gülümsəyə bilərəm, amma iş prosesində başqa insan olacam”

“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim iş tərzindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, iş prosesində başqa insan olduğunu deyib:

“Mən özünü patron kimi göstərmək istəyən adam deyiləm. Oyunçular bunu kiçik detallarda hiss edəcəklər.

Gülümsəyə bilərəm, amma iş prosesində başqa bir insan olacam. Futbolçular bunu başa düşürlər”.

MY bu gün Premyer Liqa çərçivəsində səfərdə “İpsviç”lə qarşılaşacaq.

Chosen
19
sportinfo.az

1Sources