EN

ABŞ və Yaponiya Tayvan bölgəsində hərbi əməliyyatlar planı hazırlayır

Bakı. Trend:

ABŞ və Yaponiyanın silahlı qüvvələri, Tayvanda hərbi böhran başverdiyi təqdirdə dekabr ayında birgə əməliyyatların həyatakeçirilməsi üçün ilkin plan hazırlamağı nəzərdə tutur.

Trend-inməlumatına görə, bu barədə Kyodo agentliyi mənbələrə istinadənxəbər verir.

Məlumata görə, xüsusilə Filippin və bu bölgəyə yaxın cənub-qərbYapon adalarında ABŞ-ın raket qüvvələri və xüsusi istehkambölmələrinin yerləşdirilməsi planlaşdırılır. Əgər Tayvanyaxınlığında böhran yaranarsa, bu geniş ərazi hərbi əməliyyatlarteatrına çevriləcək.

Yaponiyanın Kaqosima prefekturası ilə Okinava prefekturasınıncənub-qərbindəki adalarda ABŞ Dəniz Piyadaları Korpusunun sahilalayının müxtəlif bölmələri yerləşdiriləcək. Onlara Yaponiyatərəfindən sursat və yanacaq təmin ediləcək, həmçinin maddi-texnikidəstək veriləcək.

Filippinin şimalında isə paralel olaraq Amerika raket bölmələri,kosmik rabitə və rəhbərlik, həmçinin kiber və elektron müharibəqrupları yerləşdiriləcək. Aprel ayında “Typhon” yerüstü mobilqurğuları orada yerləşdirilib. Bu qurğular vasitəsilə uzun mənzilli“Tomahawk” qanadlı raketləri və “SM-6” çoxfunksiyalı raketlərburaxılacaq. Bu raketlər quru və hava, eləcə də ballistikhədəflərin məhv edilməsi məqsədilə istifadə edilə bilər.

Yaponiya və ABŞ arasında bu cür hərbi əməliyyatlarınhazırlanması, bölgədəki təhlükəsizliyi təmin etmək və hərbi güctətbiq etmək imkanlarını artırmaq məqsədi güdür.

Chosen
32
az.trend.az

1Sources