Bakı. Trend:
Azərbaycan kişilərdən ibarət basketbol millisinin üzvü ZaurPaşayev yığmadakı karyerasını başa vurub.
Trend-inməlumatına görə, 41 yaşlı basketbolçu sonuncu oyununu dünyaçempionatının seçmə mərhələsində İsveçrəyə qarşı keçirib.
Hazırda “Quba” komandasında oynayan Zaur Paşayev karyerasıərzində “NTD-Devon”, “Qala”, “NTD-Tbilisi” (Gürcüstan), “Araz-NTD”,“Kutaisi” (Gürcüstan) və “Cəlilabad” komandalarında çıxış edib. O,həmçinin İslam Həmrəyliyi Oyunlarında iki dəfə qızıl medalqazanıb.