Hal-hazırda karyerasına şərhçi olaraq davam edən və etdiyi şərhlərlə adından söz etdirən məşhur məşqçi Sergen Yalçın bu dəfə gözlənilməz bir hərəkət ilə gündəmə gəlib.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Ekol TV-də "Kayserispor" - "Fənərbaxça" və "Bodrumspor" - "Qalatasaray" matçlarına münasibət bildirən Yalçın canlı yayımda gözlənilməz hərəkət edib.
Belə ki, o, canlı yayında olduğunu unudaraq qəfildən cibindən siqaret qutusunu çıxarıb.
Həmin anları görən aparıcı Candaş Tolga Işık dərhal yayını kəsərək reklama keçib.
Musavat.com
Musavat.com