EN

Kursk vilayəti sakini Ukraynalı döyüşçülərin talanından danışıb...

Kor kora kor deməsə...bu da bizlik deyil..?

...Bunu mən yox, ruslar deyir ki, guya Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları Kursk vilayətində mülki şəxslərin evlərindən məişət texnikası götürərək özlərini vandal kimi aparırlar.

SİArus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin hərbi müstəntiqlərinə təxliyə edilmiş yerli sakin Qalina Korjova danışıb.

Təqaüdçü bildirib ki, yaşadığı kənd Ukrayna millətçiləri tərəfindən tamamilə dağıdılıb. Qadının qiymətli əşyaları və pulları götürməyə vaxtı olmayıb - nəticədə onlar Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları tərəfindən oğurlanıb.

...Bizim adamlar dünən getmişdilər, gələndə, mən onlardan evimizdən sadəcə əşyaları götürmələrini istədim. Dedilər, heç nə yoxdur, hər şeyi götürüblər, pəncərələr sındırılıb. Niyə belə edir, pəncərələri necə sındırmaq olar? Bütün əşyalarımı götürüblər, nə televizor, nə soyuducu, hər şeyi aparıblarş

Deməli, bunu rus qadını deyib.

Yerli sakinin sözlərinə görə, heç kimin ağlına belə gəlməz ki, uzun müddət evlərini tərk etməli olacaqlar.

Əli Babayev

Chosen
27
sia.az

1Sources