EN

“Sovetski”də gecə söküntüsü: Generalın şirkəti evləri dağıdıb? – VİDEO

Yasamal rayonunda gecə saatlarında vətəndaşın evinin tikinti şirkəti tərəfindən dağıdıldığı iddia edilir.

NOCOMMENT.az Oxu24.com-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, “Sovetski” kimi tanınan ərazidə Mustafa Sübhi küçəsi 213 ünvanında baş verib.

“SR Construction” tərəfindən evinin dağıdıldığını iddia edən sakin Müslüm Xasməmmədov saytımıza açıqlamasında bildirib ki,ona məxsus 108 kvadrat metr mənzili noyabrın 19-dan 20-nə keçən gecə şirkətin əməkdaşları tərəfindən dağıdılıb.

“SR Construction” ölkədə tikinti sektorunda xüsusilə mühüm paya sahibdir. 

Şirkətin 2020-ci ildə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı Sabir Nağıyevə məxsus olduğu bildirilir. “SR Group”un adının da generalın oğlanları – Sahil və Rahilin adlarının baş hərfləri olduğu güman edilir.

 

Elə  generalın oğlu Sahil Nağıyev  də “Linkedin” sosial şəbəkəsində şirkətin həmtəsisçisi  olduğunu  etiraf  edib.

Məsələ ilə bağlı CityPost.az saytı şirkətdən mövqe öyrənib.

“Mənzildə faktiki olaraq yaşayan M.Xasməmmədovun oğlu X.Xasməmmədova da mənzilin söküntüsü həyata keçirilməmişdən öncə müəyyən məbləğdə ödəniş edilmiş, mənzilin giriş qapısının açarları həmin şəxs tərəfindən müəssisənin əməkdaşına təqdim edilmişdir.

Məlumat üçün qeyd edirik ki, mənzilin söküntü işləri sutkanın gündüz vaxtında (günorta saatlarında) həyata keçirilmiş, söküntünün başa çatdırılmasına az qaldığı vaxtda ərazidəki digər bir  neçə sakinin söküntü işlərinə müdaxilə etməsi və hüquq mühafizə orqanlarına müraciət etməsi səbəblərinə görə, işin icrası müvəqqəti dayandırılmış, gecə saatlarında isə, dayandırılmış işlərin görülməsi təxminən 10-15 dəqiqə müddətində başa çatdırılmış, işin icra müddətində ictimai sakitliyin pozulması hallarına yol verilməmişdir.”,-deyə şirkət bildirib.

Chosen
8
1
nocomment.az

2Sources