EN

“Qalatasaray” Ziyeş ilə yollarını ayırmağı planlaşdırır

Bakı. Trend:

Türkiyənin "Qalatasaray" klubu qış transfer pəncərəsində bəzioyunçularını komandadan göndərməyi nəzərdə tutur.

Trend-in Niderlandmətbuatına istinadən verdiyi məlumata görə, bu oyunçulardan biriHakim Ziyeşdir. Türkiyənin məşhur klubu, mərakeşli futbolçununqışda komandadan ayrılmasına şərait yaradacaq.

Ziyeşin "Qalatasaray"la müqaviləsi 2025-ci ilin 30 iyununaqədərdir. Mərakeş milli komandasında da çıxış edən təcrübəlifutbolçu, karyerası ərzində “Herenven”, “Tvente”, “Ayaks” və“Çelsi” kimi klublarda oynayıb. Ziyeş, həmçinin, “Çelsi”dən sonra“Qalatasaray”a transfer olunub və bu mövsüm Super Liqadakomandasının heyətində çıxış edir.

Chosen
24
2
az.trend.az

10Sources