EN

Türkiyə Ukraynanı böyük məğlubiyyətdən belə qoruyur

"Türkiyənin Bosfor və Çanaqqala boğazlarını hərbi gəmilərin keçməsi üçün bağlaması Ukraynanın müdafiəsində əsas mərhələlərdən biri olub".

Publika.az xəbər verir ki, "Ukrinform"a istinadla xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

Diplomatın fikrincə, bu, Rusiya Federasiyasına dənizdə Ukrayna Hərbi Dəniz Qüvvələri qarşısında üstünlüyündən istifadə edərək döyüş bölgəsində irəliləməyə və Odessa və Nikolayevi nəzarətə götürməyə imkan verməyib.

Bodnar həmçinin qeyd edib ki, Türkiyə hərbi əməliyyatların başlamasından sonra ciddi nəqliyyat mərkəzinə çevrilib və "taxıl müqaviləsi"nin bağlanmasında Ankaranın rolu böyük olub.

Xatırladaq ki, Türkiyə 2022-ci ilin martında Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatına başladıqdan sonra Qara dəniz boğazlarını bütün ölkələrin hərbi gəmiləri üçün bağlayıb.

Chosen
23
publika.az

1Sources