EN

"Dilin ucunda" olan xatirəni yada salmaq mümkündürmü? Alimlərdən maraqlı təcrübə

Beynin unudulmuş xatirələrə çıxışını bərpa etmək mümkündür.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə gəmiricilərdə aparılan yeni tədqiqat nəticəsində məlum olub.

Təcrübə zamanı tədqiqatçılar gəmiriciləri zəng səsi kimi neytral stimulu xoşagəlməz hadisə, məsələn ayağa yüngül zərbə ilə əlaqələndirməyi öyrədiblər. Bir neçə təkrardan sonra heyvanlar zəngin səsindən dərhal sonra zərbə gözləməyə başlayıblar. Alimlər gəmiricilərin beynində bu reaksiyaya cavabdeh olan sinir hüceyrələri zəncirini müəyyən ediblər. Daha sonra tədqiqatçılar bu sinir hüceyrələrini nə zəng, nə də zərbə istifadə etmədən optogenetik stimulyasiya vasitəsilə aktivləşdiriblər. Təəccüblü olsa da, gəmiricilər ayaqlarına zərbə gözləyirmiş kimi davranıblar ki, bu da "unudulmuş" xatirələrin süni aktivləşdirilməsinin mümkünlüyünü sübut edib.

Alimlər bir çox insana tanış olan vəziyyətlə - lazımi fakt "dilin ucunda" olduğu, lakin heç cür xatırlana bilmədiyi vəziyyətlə analogiya aparıblar. Məsələn, insan küçədə təsadüfən rastlaşdığı tanışının adını xatırlaya bilmir. Fərziyyələrdən biri bunun məlumatın tam unudulmadığını, sadəcə müvəqqəti əlçatmaz olduğunu təxmin edir.

Alimlər təcrübələrə əsaslanaraq xatırlamağa inadlı cəhdlərin lazımi xatirələri yenidən aktivləşdirə və onları yenidən əlçatan edə biləcəyini vurğulayıblar.

Mütəxəssislərin sözlərinə görə, bu tədqiqatın nəticələri gələcəkdə unudulmuş məlumatların bərpası metodlarının işlənib hazırlanmasına gətirib çıxara bilər.

Chosen
31
7
hit.az

9Sources