EN

Gürcüstan paytaxtında İZDİHAM GÖZLƏNİLİR: mitinq üçün meydança tikilir

Gürcüstan parlamentinin binası yaxınlığında müxalifətin bazar günü, noyabrın 24-ü axşama planlaşdırılan mitinqi üçün meydança tikilir.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edilib ki, polis əməkdaşları strukturların yığılmasına nəzarət edir. Binanın kənarında polis maşınları yerləşdirilib.

Noyabrın 24-də Gürcüstan Daxili İşlər Nazirliyi müxalifətə xəbərdarlıq edib ki, parlament binası və ya digər dövlət qurumlarının blokadaya məruz qalması halında cinayət məsuliyyəti yaranacaq.

Bir gün əvvəl Tbilisidə Gürcüstanda parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətin etiraz aksiyaları yenidən başlayıb. Müxalifət noyabrın 24-də mitinq elan edib

Chosen
24
1
publika.az

10Sources