EN

Bukingem sarayı bağlanır

Bakıngem Sarayı, qarşıdakı üç il ərzində dövlət səfərlərinə ev sahibliyi etməyəcək.   Manset.az xəbər verir ki, sarayda 369 milyon funt sterlinq dəyərində təmir işləri görülür. Təmirə başlamazdan əvvəl, gələn ay Qətər Əmiri qəbul ediləcək. 2027-ci ilə qədər isə bütün dövlət səfərləri Vindzor Qəsrində keçiriləcək. 2017-ci ildən başlanmış yeniləmələr, köhnəlmiş elektrik və santexnika sistemlərinin dəyişdirilməsini və risklərin qarşısını almağı hədəfləyir.

Kral III Çarlz, təmir səbəbindən şəxsi ofisini Belçika Suitinə köçürüb, burada Kralın doğulduğu Orleans Otağı da var. Əvvəlki ofisi isə Kraliça II Elizabetin mənzili olub və hazırda bəzək işləri gedir. Bütün bu işlər Kralın şəxsi vəsaiti ilə maliyyələşdirilir.

Chosen
29
manset.az

1Sources