EN

İran, Almaniya, Britaniya və Fransa XİN-nin müavinləri Tehranın nüvə proqramını müzakirə edəcək

Martın 29-da İran, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirlərinin müavinlərinin görüşü keçiriləcək.Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.

Görüşdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər, o cümlədən Fələstin və Livan böhranı, habelə nüvə problemi ətrafında fikir mübadiləsi aparılacaq.

www.anews.az
Chosen
14
5
anews.az

5Sources