Rusiyanın Saratov vilayətinin Marks şəhərində yol münaqişəsi nəticəsində atəş açılıb.
Day.Az xəbər verir ki, Sokolovski və Kutuzov adlı şəxslər "Oka" markalı avtomobillə Qələbə Parkı yaxınlığında Rubik Akopyanın idarə etdiyi qara "Land Cruiser"i ötməyə cəhd ediblər. Bunun nəticəsində "Land Cruiser"in sürücüsü minik avtomobilini sıxışdırıb, nəticədə dava yaranıb.
Dava zamanı Akopyan tapançadan bir neçə dəfə atəş açaraq Sokolovski və Kutuzovu yaralayıb və daha sonra avtomobilini yaxınlıqda qoyaraq qaçıb.
KİV-in məlumatına görə, yaralılardan biri hadisə yerində həyatını itirib, digəri isə xəstəxanaya yerləşdirilib. Hücum edən şəxsin Rubik Akopyan olduğu və o, hadisə yerindən qaçdığı bildirilib.