EN

“Oreşnik”in mümkün növbəti hədəfi müəyyənləşib

Rusiya “Oreşnik” raket sisteminin növbəti hədəfi kimi ölkənin qərb hissəsində yerləşən Ukrayna aerodromlarını seçə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hərbi ekspert Anatoli Matviyçuk danışıb.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, Amerikanın F-16 qırıcıları orada yerləşdiyi üçün Qərbi Ukraynadakı aerodromların “Oreşnik”in hədəfi kimi seçilə bilməsi təsadüfi deyil.

ABŞ onları Kiyevə təhvil verib.

Matviyçuk aydınlaşdırıb ki, söhbət Xmelnitski vilayətindəki Starokonstantinov, Çerniqov vilayətindəki Nijin və Poltavadakı Ukrayna hərbi aerodromlarından gedir.

Daha əvvəl FederalPress yazıb ki, 2024-cü il noyabrın 19-da Amerikanın 6 ATACMS raketi Bryansk vilayətindəki Rusiya hərbi obyektlərinə zərbələr endirib, bundan sonra noyabrın 21-də Kursk vilayətindəki raket hədəflərini hədəfə alaraq Ukraynadan hücumlar təkrarlanıb. Rusiya tərəfi Dnepropetrovskdakı Yujmaş zavodunu vuraraq, ən son orta mənzilli “Oreşnik” sistemindən istifadə edərək cavab verib.

Əli Babayev

Chosen
34
sia.az

1Sources