EN

“Qalatasaray” Ziyeş ilə yollarını ayırır?

Türkiyənin "Qalatasaray" klubu qış transfer pəncərəsində bəzi oyunçularını komandadan göndərməyi nəzərdə tutur.

Bakıvaxtı.az xəbər verir ki, bu oyunçulardan biri Hakim Ziyeşdir. Türkiyənin məşhur klubu, mərakeşli futbolçunun qışda komandadan ayrılmasına şərait yaradacaq.

Ziyeşin "Qalatasaray"la müqaviləsi 2025-ci ilin 30 iyununa qədərdir. Mərakeş milli komandasında da çıxış edən təcrübəli futbolçu, karyerası ərzində "Herenven", "Tvente", "Ayaks" və "Çelsi" kimi klublarda oynayıb. Ziyeş, həmçinin, "Çelsi"dən sonra "Qalatasaray"a transfer olunub və bu mövsüm Super Liqada komandasının heyətində çıxış edir.

Chosen
5
2
bakivaxti.az

10Sources