EN

Misli Premyer Liqası: XIV tura yekun vuruldu

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasında XIV turun oyunları başaçatıb.

Trend xəbər verirki, son oyun günündə iki qarşılaşma keçirilib.

Tovuzda baş tutan ilk matçda turnir cədvəlinin ilk yarısındaqərarlaşan “Turan Tovuz” və “Sabah” komandaları üz-üzə gəlib. Oyun1:1 hesablı bərabərliklə nəticələnib. Bu nəticə ilə “Sabah” ardıcılyeddinci oyunda da qələbə qazana bilməyib və hər iki komanda birxal qazanıb.

Turun son qarşılaşmasında “Sumqayıt” klubu “Şamaxı”nı qəbuledib. Görüşdə meydan sahibləri erkən qolla hesabda geri düşsələrdə, vəziyyəti dəyişərək 2:1 hesabı ilə qalib gəliblər. Bu qələbəSumqayıt şəhərinin 75 illik yubileyinə xüsusi hədiyyə olub.

Xatırladaq ki, Misli Premyer Liqasının növbəti turu noyabrın29-dan dekabrın 1-dək keçiriləcək.

Chosen
40
az.trend.az

1Sources