Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Turan Tovuz" evdə "Sabah"ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Turun son oyununda isə "Sumqayıt" "Şamaxı" ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Beləliklə, "Sumqayıt" turnir cədvəlində 16 xalla 6-cı, 13 xalı olan "Şamaxı" isə 7-cidir.
24 noyabr (bazar)
19:00. “Sumqayıt”– “Şamaxı” - 2:1
Qollar: Leroy Mikels, 27 (0:1), Cordan Rezabala, 45+1 (1:1), Rövlan Muradov, 78 - pen. (2:1)
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu