EN

Antalya hava limanında Rusiyanın SSJ-100 təyyarəsi yanıb - VİDEO - YENİLƏNİB

Antalyada Rusiya təyyarəsində baş verən insident zamanı ölən və xəsarət alan olmayıb.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiya diplomatların təcili olaraq Antalyaya doğru yola çıxdıqlarını deyib.

Türkiyənin Nəqliyyat Nazirliyi isə Rusiya təyyarəsi ilə bağlı insidentdən sonra hava limanının bazar ertəsi saat 03:00-a qədər təyyarələrin qəbulunu dayandırdığını açıqlayıb.

Təyyarənin göyərtəsində olan 89 sərnişin və 6 ekipaj üzvünün təhlükəsiz şəkildə təxliyyə edildiyi qeyd olunur. Bundan əvvəl hava limanı 79 nəfərin təxliyə edildiyini bildirilmişdi.

Hava limanının müdir müavini Suat Seyitoğlu təyyarədə baş vermiş yanğının yanğınsöndürənlər tərəfindən söndürüldüyünü açıqlayıb.

RA-89085 qeydiyyat nömrəli təyyarə Soçidən Antalyaya A45051 reysini yerinə yetirib və Antalya hava limanında eniş edərkən təyyarənin mühərrikində yanğın başlayıb.

***

23:49

Türkiyənin Antalya vilayətində hava limanında Rusiyaya məxsus SSJ-100 təyyarəsi yanıb.

APA xəbər verir ki, ilkin məlumatlara görə, yanğın Soçidən uçan Azimut Hava Yollarına məxsus Sukhoi Superjet 100-95LR təyyarəsinin göyərtəsində baş verib. Hadisə ilə bağlı təyyarənin endiyi enmə zolağı bağlanıb.

Məlumata görə yanğın baş verən təyyarənin göyərtəsindəki 79 sərnişin olub və onlar təxliyə edilib

Şahidlərin sözlərinə görə, ilkin olaraq eniş zamanı sol mühərrik yanıb, daha sonra yanğın daha da güclənib.

Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.

Chosen
37
5
apa.az

9Sources