EN

Axios: ABŞ nümayəndəsi Livan üzrə məsləhətləşmələrdə iştirakını dayandırmaqla hədələyib

ABŞ prezidenti köməkçisinin müavini Amos Havksten İsrail hakimiyyətinə bildirib ki, onlar Livanda atəşkəsə tezliklə razılıq verməsə, vasitəçilik səylərini dayandıracaq.

APA xəbər verir ki, bu barədə ABŞ-nin Axios portalının jurnalisti Barak Ravid X” hesabında məlumat verib.

Mənbənin sözlərinə görə, Havksten İsrailin Vaşinqtondakı səfirinə bildirib ki, İsrail yaxın günlərdə Livanla atəşkəs təklifinə müsbət cavab verməsə, vasitəçilik səylərindən əl çəkəcək.

Xatırladaq ki, Havksten Livan-İsrail sərhədində atəşkəs üçün danışıqların konstruktiv şəkildə davam etdiyini bildirib. Daha sonra o, İsrailə gedəcəyini və orada İsraillə Hizbullah arasında münaqişəyə son qoymaq üçün A saziş layihəsinə Livan tərəfinin cavabını müzakirə edəcəyini deyib.

Chosen
57
apa.az

1Sources