EN

Tailandda minlərlə meymun üçün bayram süfrələri açılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tailandın Lopburi şəhərinin sakinləri burada yaşayan uzunquyruqlu makakalar üçün bol meyvə və şirniyyatdan ibarət bayram süfrələri açıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, şəhərin tarixi hissəsində minlərlə meymun məskunlaşıb.
Meymun ziyafətinin tarixi ən azı XIII əsrə gedib çatır. Son 25 ildir ki, hər il noyabr ayının son bazar günü Lopburidə keçirilən festivalın təşkilatçıları masaların üzərinə boşqablarda meyvə, tərəvəz və qənnadı məmulatları düzürlər.
Meymunlar əvvəlcə şirniyyatları götürüb masadan qaçır, lakin öyrəşdikdən sonra bütün pəncələri ilə yeməyin üstünə atılırlar.
Primatlar təkcə Lopburinin sakinləri deyil, onlar bütün vilayətin simvoludur. Bu, hind mifologiyası və "Ramayana" dastanı ilə bağlıdır.
Chosen
18
2
oxu.az

6Sources