EN

Poroşenko: Ukrayna üçün “soyuq müharibə” təcrübəsindən istifadə edilsin...

Sabiq prezident Petr Poroşenko “Soyuq Müharibə” dövründə Almaniya Federativ Respublikasını nümunə götürərək Ukraynanı NATO-ya qəbul etməyi təklif edib...

NATO Ukrayna ilə SSRİ-nin sərt tənqidlərinə baxmayaraq alyansa üzv olmuş Qərbi Almaniya ilə eyni şəkildə davranmalıdır.

Poliqon xəbbər verir ki, bunu “Times of Malta” qəzetinə müsahibəsində Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.

“Biz bu təcrübədən öyrənməli və indi təkrarlamalıyıq”, deyə sabiq prezident qeyd edib.

Poroşenko əmin olduğunu bildirib ki, ABŞ-ın seçilmiş prezidentinə lazım olan yeganə şey Ukraynanı NATO-ya dəvət etməkdir. Sabiq prezident bunu müharibənin başa çatması üçün çox vacib ilkin şərt və bütün hərbi fəaliyyətlərin dondurulması kimi, həm də Rusiya rəhbərliyinə güclü siqnal kimi qiymətləndirib.

Noyabrın 24-də Bloomberg Agentliyi yazıb ki, ABŞ prezidenti Co Bayden administrasiyası Donald Trampın seçkilərdə qələbəsindən sonra Ukraynanı açıq şəkildə NATO-ya dəvət etmək imkanını nəzərdən keçirib, lakin sonradan belə addımdan imtina edib.

Elə həmin gün Amerikanın “The Washington Post” qəzeti yazıb ki, Tramp Ukrayna münaqişəsini həll edərkən Ukraynanın parçalanmasını ratifikasiya edəcək və “ukraynalıları məyus edəcək” saziş bağlaya bilər.

Poliqon.info

Chosen
32
2
poliqon.info

10Sources