EN

Daha bir ölkə NATO-ya üzv olmaq üzrədir

Kipr NATO-ya daxil olmaq niyyətindədir və alyansla yaxınlaşma məsələsi oktyabrın sonunda Kipr Respublikasının Prezidenti Nikos Xristodulides və ABŞ prezidenti Co Bayden arasında keçirilən görüşün əsas mövzusu olub.

"Unikal" xəbər verir ki, bu barədə Yunanıstanın "Kathimerini" qəzeti məlumat yayıb.

Nikosiya artıq Vaşinqtondan razılıq almış NATO-ya daxil olmaq üçün plan hazırlayıb. ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivan bu addımın əhəmiyyətli perspektivlər açacağını qeyd edib.

Qoşulmama Hərəkatının qurucu üzvü olan Kipr 2004-cü ildəAvropa Birliyinə daxil olduqdan sonra təşkilatdan çıxıb. Xristodulides oktyabrın 30-da Vaşinqtona səfər edib, bu, onun 1996-cı ildən bəri Amerika paytaxtına ilk rəsmi səfəridir.

Gülayə Mecid


Mənbə: unikal.az

Chosen
14
3
unikal.az

4Sources