EN

Azərbaycanın tütün ixracından qazancı 4,5 dəfə artdı - KİLOSU 9 MANATA SATILIR

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 49 milyon 333 min dollar dəyərində 8 min 942 ton tütün və onun sənaye əvəzediciləri ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Tütün ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 38 milyon 386 min dollar və ya 4,5 dəfə, miqdar ifadəsilə 6 min 294 ton və ya 3,4 dəfə artıb.

2023-cü ilin 10 ayında isə Azərbaycandan 10 milyon 947 min dollar dəyərində 2 min 648 ton tütün ixrac olunmuşdu.

1 kq tütünün orta ixrac qiyməti 2024-cü ilin 10 ayına görə 9,38 manat təşkil edib ki, bu da illik müqayisədə 2,35 manat (33,5%) ucuzlaşma deməkdir.

Ötən ilin eyni dövründə tütünün orta ixrac qiyməti  7,03 manata bərabər olub.

AzərbaycanınAzərbaycanın
Chosen
30
26
fed.az

10Sources