EN

Azərbaycanda avtobus istehsalına «yaşıl işıq» - 8 İL GÖMRÜK RÜSUMUNDAN AZAD EDİLDİ

Azərbaycanda avtobus istehsalı üçün xaricdən ölkəyə gətirilən avadanlıqlar və ehtiyat hissələri gömrük rüsumundan azad edilir.

FED.az xəbər verir ki, bu barədə «Gömrük tarifi haqqında» qanuna eilən dəyişiklikdə nəzərdə tutulub.

Qanuna edilən dəyişikliyə əsasən təsdiqedici sənəd əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə ölkəyə avtobusların ehtiyat hissələrinin idxalı – 2025-ci il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumundan azad eiləcək.

Xatırladaq ki, bir qədər əvvəl, imzalanmış müqaviləyə əsasən Çinin «BYD» şirkətinin Azərbaycanda avtobus istehsalına başlanması nəzərdə tutulur.

Chosen
45
fed.az

1Sources