EN

Rusiya vurulacaq: Fransa da “yaşıl işıq” yandırdı

“Ukrayna özünümüdafiə məntiqi ilə Rusiyadakı hədəflərə qarşı Paris tərəfindən verilən uzunmənzilli SCALP raketlərindən istifadə edə bilər."

“Cebheinfo.az” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot BBC-yə müsahibəsində deyib.

“Prinsip müəyyən edilib. Ukrayna Prezidenti Zelenskiyə göndərdiyimiz mesajlar yaxşı qarşılandı”, -o deyib. Lakin Barro bu cür raketlərin artıq bu şəkildə istifadə edilib-edilmədiyini dəqiqləşdirməyib.

Nazir vurğulayıb ki, Qərb müttəfiqlərinin Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstəyi ilə bağlı “qırmızı xətləri” olmamalıdır:

“Prezident Emmanuel Makronun əvvəllər dediyi kimi, bu, Fransanın döyüş bölgəsinə qoşun göndərə biləcəyi anlamına gəlirmi?” sualına Barrot belə cavab verib:

“Paris heç bir variantı güzəştə getmir. Biz Ukraynanı lazım olduğu qədər uzun müddət və intensiv şəkildə dəstəkləyəcəyik. Niyə? Çünki təhlükəsizliyimiz təhlükə altındadır. Rusiya ordusu hər dəfə bir kvadrat kilometr irəlilədikdə Avropaya bir kilometr yaxınlaşır”. 

Nazir, həmçinin əlavə edib ki, Fransa Ukraynaya NATO-ya üzv olmaq üçün dəvət göndərməyə açıqdır və müttəfiqlərini buna inandırmağa çalışır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Barronun müsahibəsini cavablandırıb. O qeyd edib ki, Fransanın Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadəyə verdiyi icazə Ukraynaya dəstək deyil, onu bitirməkdir. 

Xatırladaq ki, SCALP Britaniyanın “Fırtına Kölgəsi”nin analoqudur, onlardan aparat və proqram komponentləri ilə fərqlənir.

Noyabrın 17-də məlum olub ki, Prezident Co Bayden Ukraynanın Rusiyaya hücum etmək üçün Amerikanın uzaqmənzilli ATACMS raketlərindən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu qərar Şimali Koreya hərbçilərinin döyüş bölgəsində görünməsinə cavab olub. Bundan sonra Böyük Britaniya Rusiyada “Fırtına Kölgəsi”ndən istifadəyə “yaşıl işıq” yandırıb.

Chosen
19
cebheinfo.az

1Sources