Antalya hava limanında əlverişsiz hava şəraitində eniş edən Rusiya şirkətinə məxsus Sukhoi Superjet 100 tipli təyyarənin mühərrik hissəsində yanğın baş verib.
Turkustan.az xəbər verir ki, Əlverişsiz hava şəraitində Antalyaya eniş edən Rusiya şirkətinə məxsus Sukhoi Superjet 100 tipli təyyarənin enişdən sonra mühərrik hissəsində yanğın baş verib .
Antalya Hava Limanı Sərhəd Mülki İdarəsi Administratoru Suat Seyitoğlu Rusiya-Antalya reysini həyata keçirən təyyarənin eniş zamanı sol mühərrik hissəsində yanğın baş verdiyini bildirərək, “Təyyarədə olan 87 sərnişin və 4 heyət üzvü təhlükəsiz şəkildə təxliyə edildi"- dedi.
Seyitoğlu, AA müxbirinə verdiyi açıqlamada, Rusiya-Antalya reysini həyata keçirən Azimut Hava Yollarına məxsus təyyarənin eniş zolağına enərkən sol mühərrik hissəsində yanğın baş verdiyini bildirib.
Təyyarədə baş verən yanğına qrupların müdaxilə etdiyini qeyd edən Seyitoğlu, "Qruplarımız tez müdaxilə edərək yanğını söndürdülər. Təyyarədə olan 87 sərnişin və 4 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edildi. Ölən və ya yaralanan yoxdur. Gələn təyyarələri istiqamətləndirdik" -deyə, bildirdi.
Aytən Yaşar/ Turkustan.az