EN

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" rubrikası çərçivəsində görkəmli bəstəkar, SSRİ Xalq artisti, simfonik muğam janrının banisi Fikrət Əmirovun xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub.

Kulis.az xəbər verir ki, görkəmli bəstəkarın doğum gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq Bülbül və Fikrət Əmirovun dostluq, yaradıcılıq əlaqələrindən danışıb.

Tədbirdə Şövkət Ələkbərova adına 20 nömrəlionbirillik musiqi məktəbinin şagirdləri "Gülərəm gülsən" romansını, "Muğam poema","Baharımsan", "Marşsayağı", "Sevilin rəqsi", "Vals", "Rəqs", "Ballada", "Ekspromt", "Sevgi rəqsi", "Min bir gecə" baletindən Oxatanların rəqsi, Azərbaycan xalq mahnısı "Evləri var xana-xana"nı ifa ediblər.

Chosen
11
1
kulis.az

2Sources