Bakı. Trend:
Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərin ParlamentlərarasıAssambleyasının (MDB PA) 57-ci plenar iclası çərçivəsində MDBPA-nın Hüquqi məsələlər üzrə Daimi Komissiyasının iclasıkeçirilib.
Trend xəbər verir ki, iclasdaAzərbaycan Respublikasının Milli Məclisinin Hüquq siyasəti vədövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə komissiyanın sədrmüavini seçilib.
Parlament üzvləri “Əmlakın mülkiyyətə verilməsi üzrə müqavilələrhaqqında”, “Dövlət kadastr qiymətləndirilməsi haqqında”, “Mükafat,ictimai müsabiqə, oyunlar və mərclər üzrə öhdəliklər haqqında”model qanun layihələrini müzakirə ediblər.
Həmin model qanun layihələrinin Assambleyanın növbəti plenariclasında müzakirəyə təqdim edilməsi üçün MDB PA Şurasına müraciətolunması qərara alınıb.
Tədbirdə “Saxlama müqaviləsi haqqında”, “Vasitəçilikmüqavilələri haqqında”, “Sadə tərəfdaşlıq müqaviləsi haqqında”,“Əmlakın istifadəyə verilməsi müqavilələri haqqında”, “İşlərinyerinə yetirilməsi və xidmətlərin göstərilməsi müqavilələrihaqqında” model qanun layihələri üzərində işlərin gedişi müzakirəedilib.
Deputatlar “Ailə-məişət zorakılığı ilə mübarizənin hüquqitənzimlənməsi haqqında” model qanun layihəsinə dair fikirmübadiləsi aparıblar.
Tədbirdə, həmçinin, 26 sentyabr 2024-cü il tarixində MDB PA-nınHüquqi məsələlər üzrə Daimi Komissiyası yanında Ekspert Şurasınıniclasının nəticələri barədə məlumat təqdim olunub. Şura tərəfindənhazırlanan təkliflər üzrə qərarlar qəbul edilib.