EN

Yük təyyarəsi yaşayış binasının üstünə düşdü

Vilnüsdə yük təyyarəsi ikimərtəbəli yaşayış binasının üzərinə düşüb.

Editor.az xəbər verir ki, bu barədə yerli “Delfi” portalı yazıb. Təyyarədə dörd nəfər – iki pilot və iki sərnişin olub. Bir pilotun sağ qaldığı, kabinədən çıxarılaraq həkimlərə təhvil verildiyi məlumdur.

İlkin məlumatlara görə, təyyarə DHL şirkətinə məxsusdur. Fövqəladə hadisə yerli vaxtla saat 5:31-də baş verib, səbəbləri isə hələ müəyyən edilməyib. Hadisə yerinə yaxın yolun bir hissəsi bağlanıb.

Litvanın LRT telekanalı xəbər verir ki, təyyarə Leypsiqdən uçub və Vilnüs hava limanı yaxınlığında qəzaya uğrayıb. Bunun hava limanının fəaliyyətinə təsir etmədiyi iddia edilir. Təyyarədə hansı yükün olduğu məlum deyil.

//Samir Qurbanov, Editor.az

 

Chosen
21
editor.az

1Sources