EN

Ukrayna Napoleondan sonrakı Fransaya bənzəyir - Səfir

2025-ci ildə Ukraynada müharibəyə son qoymaq realdır, lakin bunun üçün ilkin şərtlər yaratmaq lazımdır.

Aktual.az xəbər verir ki, bunu Ukraynanın Braziliyadakı səfiri Andrey Melnik deyib.

Onun sözlərinə görə, tammiqyaslı müharibə zamanı Ukraynanın hazırkı diplomatiyasının bir ciddi problemi var - resursların səpələnməsi:

"Yəni, təbii ki, müharibə rejimində yaşamağa davam edirik, amma bütün gücü, necə deyərlər, əslində müsbət nəticə verəcəyi yerə cəmləmirik", - o bildirib.

Melnik qeyd edib ki, Ukrayna bütün gücünü bu istiqamətə yönləndirsə, o zaman müharibənin 2025-ci ildə bitəcəyini demək olar.

O, Fransanın Napoleon müharibələrində məğlubiyyətindən sonra yaradılmış yeni dünya nizamına bənzər bir şeyin Ukraynanı gözlədiyini vurğulayıb. Melnik bildirib ki, Donald Trampın ABŞ prezidenti postuna gəlməsi Ukrayna üçün yeni mərhələdir:

"Bəlkə də səhv edirəm, amma bu, ən azından mənim şəxsi fikrimdir ki, ABŞ-ın yeni administrasiyası müxtəlif səbəblərdən Ukraynanı taleyin ümidinə buraxmayacaq".

Chosen
3
1
ulusum.az

2Sources