“Rusiya Ermənistanla Azərbaycan arasında mümkün qədər tez sülhün bərqərar olmasında maraqlıdır”.
Missiya.Az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin “İzvestiya”ya müsahibəsində deyib.
“İstənilən sülh sazişinin hazırlanması çətin və çox məsuliyyətli prosesdir. Moskva Bakı ilə İrəvan arasında sabit sülhün tezliklə bərqərar olmasında maraqlıdır”, - deyə diplomat vurğulayıb.
Kopirkin qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlərin ruhuna və hərfinə uyğun olaraq, ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarımızı dəstəkləməyə hər zaman hazırdır. Belə yardımın formaları və həcmini danışıqlar aparan tərəflər seçməlidir.
Daşqın HəsənovMissiya.Az