Müğənni Ramal İsrafilov görünüşü ilə görənləri məəttəl qoyub.
OLAY yazır ki, “7 tamam” verilişinə qonaq gələn sənətçi proqramın aparıcısı Nanə Ağamalıyevaya gözlərinin rəngini dəyişdiyini açıqlayıb.
Əvvəlcə əməliyyat vasitəsi ilə göz rəngini dəyişdiyi haqda Ramalı sorğu – sual edən Nanə daha sonra müğənnin heç bir əməliyyat keçirmədiyinin şahidi olub.
Belə ki, gözlərini qara eynəyin arasında gizlədən İsrafilov həmin aksessuarı çıxarıb və onun göy-ağ zolaqlı rəngli linza taxdığı üzə çıxıb.
Proqramın gedişatında Ramal Nanəyə “Gərək etdirməzdin, elə linza yaxşı idi” sözlərini deyib.