EN

4 min illik balıq ovu kanalları aşkar edilib

Yazını böyüt
Yazını kiçilt

Müəyyən edilmişdir ki, balıq ovu üçün kompleks sistemlər Mərkəzi Amerikada 4 min il bundan əvvəl yaradılıb.

Hafta.az-ın yazdığına görə. Belizdə dronlardan və Google Earth-dən istifadə etməklə tədqiqat aparan arxeoloqlar torpaq kanallar şəbəkəsi aşkar ediblər. Alimlər kanallarla birlikdə hovuzlar tapıblar və bu sistemin balıq tutmaq üçün faydalı olduğu qənaətinə gəliblər.

“Science Advances” jurnalında öz tapıntılarını bildirən komanda, təxminən 42 kvadratkilometr əraziyə yayılmış 167 dayaz kanal aşkarlayıb. Bir-biri ilə kəsişən kanalların yaxınlığında 60-a yaxın hovuz üzə çıxarılıb. Alimlər deyirlər ki, bu hovuzlarda kanallar vasitəsilə toplanan dəniz canlıları ildə 15 min insanı qidalandıra bilir.

Tədqiqatçılar ətraf mühitdə tapılan qarmağa bənzər nizə uclarının balıqları çubuqlara yapışdıraraq zıpkın etmək üçün istifadə oluna biləcəyini düşünürlər.

Kanallardakı maddələrin təhlili onları 4 min il əvvəl ovçu-yığıcıların düzəltdiyini üzə çıxarıb.

3900-4200 il əvvəl bölgədə quraqlıq əlamətlərini qeydə alan tədqiqatçılar, qarğıdalı yeyən insanların balıq yeməyə keçə biləcəyini təxmin edirlər.

Araşdırmalara görə, Maya sivilizasiyasından əvvəl qurulan kanallar ən azı min il istifadə edilmiş ola bilər. Bölgədə nizamlı bir həyat sürən Mayyalılar da bu sistemdən bəhrələniblər.

Komanda kanallardan birinin böyük bir Maya mərkəzindən keçdiyini təsbit edib və sistemdən 1800-3200 il əvvəl istifadə etdiklərini söyləyib.

Tədqiqatda iştirak etməyən Pensilvaniya Universitetinin arxeoloqu Ceremi Sabloff, "Bu, davamlılığı göstərir" deyir.

Pittsburq Universitetindən arxeoloq Klayr Ebert, iştirak etmədiyi tədqiqatın nəticələrini belə qiymətləndirir: "Landşaftda belə genişmiqyaslı dəyişiklikləri bu qədər erkən görmək həqiqətən maraqlıdır. Bu, insanların artıq öz təbiətini öyrənməyə başladığını göstərir".

Chosen
16
hafta.az

1Sources