EN

Gürcüstanda üç nazir dəyişdirilir

Gürcüstanın yeni hökumətinin tərkibinə dəyişikliklər edilib.

Teleqraf.com xəbər verir ki, hökumət başçısı İrakli Kobaxidze keçirdiyi brifinqdə üç nazir postuna namizədləri açıqlayıb.

Gürcüstanın xarici işlər naziri vəzifəsinə Maka Boçorişvili, ədliyyə naziri vəzifəsinə Anri Oxanaşvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri postuna isə Davit Sonqulaşvilinin namizədlikləri təqdim olunub.

Qeyd edək ki, növbəti dörd il üçün hökumətin tərkibi etimadın göstərilməsi məqsədilə bu gün Gürcüstanın yeni parlamentinə təqdim olunacaq. Qanunverici orqanın ilk iclası bu gün keçiriləcək.


Müəllif: Teleqraf.com
Chosen
20
teleqraf.com

1Sources