EN

Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını toplayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Nazirlər Kabninetinin iclası keçiriləcək.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, toplantı Beştəpədə baş tutacaq.

Bildirilir ki, iclasda Türkiyənin terrora qarşı mübarizəsi və ölkə iqtisadiyyatındakı vəziyyət əsas müzakirə mövzusu olacaq.

Qeyd olunub ki, bundan əlavə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyətlə bağlı da toplantıda fikir mübadiləsi aparılacaq.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
16
missiya.az

1Sources