Vilnüsdə yük təyyarəsi ikimərtəbəli yaşayış binasının üzərinə düşüb.
Index.az xəbər verir ki, bu barədə yerli “Delfi” portalı məlumat yayıb.
Təyyarədə dörd nəfər – iki pilot və iki sərnişin olub. Bildirilib ki, bir pilot ölüb.
İlkin məlumata görə, təyyarə DHL şirkətinə məxsusdur. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.