EN

Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansının X Qlobal Forumunda iştirak edəcək

Noyabrın 26-27-də Portuqaliyanın Cascais şəhərində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) “Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda X Qlobal Forumu keçiriləcək.

Mədəniyyət Nazirliyindən Vətəninfo.az-a bildirilib ki, BMT-nin Baş katibi Antonio Quttereşin də iştirak edəcəyi forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.

Bu məqsədlə mədəniyyət naziri Adil Kərimli Portuqaliyaya səfər edib. Səfər BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə gerçəkləşib.

Qeyd edək ki, Türkiyə və İspaniya tərəfindən irəli sürülən “Mədəniyyətlər İttifaqı” təşəbbüsü əsasında 2005-ci ildə yaradılan BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan da daxil olmaqla, 100-dən çox ölkəni ətrafında birləşdirir.

Chosen
14
12
veteninfo.az

10Sources